Yutubda ilk dəfə 10 milyarddan çox baxış toplayan “Baby Shark” adlı uşaq mahnısı əsasında film çəkiləcək.
AZƏRTAC xəbər verir ki, layihə rəhbərləri mövzu ilə bağlı hələlik açıqlama yaymayıb. Ekran işinin 2023-cü ildə təqdim ediləcəyi bildirilib.
Layihə “Paramount Pictures” tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, sözügedən video ilk dəfə yutubda 2016-cı ilin iyununda yayımlanıb.