- Mədəniyyət

“Zəfər” kolleksiyası müsabiqəsinin seçmə mərhələsi sona çatıb

“Azərxalça” ASC-nin gənclər üçün elan etdiyi “Zəfər” kolleksiyası müsabiqəsinin seçmə mərhələsi artıq sona çatıb.

AZƏRTAC xəbər verir ki, müraciət edən çoxsaylı gənclər sırasından yalnız 14 nəfər 1 ay davam edəcək təlimlərin iştirakçısı olmaq şansı qazanıb. Mərhələni keçən gənclərə yerli və xarici təlimçilər tərəfindən iki mərhələli – həm nəzəri, həm də praktik yöndə təlimlər keçiriləcək. Qalib gənclərlə birlikdə “Zəfər” kolleksiyası hazırlanacaq.

Xatırladaq ki, təlimçilər sırasında Eldar Mikayılzadə, Şirin Məlikova, Çingiz Babayev, Məmmədhüseyn Hüseynov kimi yerli, professorlar Karim Mirzaee, Ali Nasir kimi xarici tanınmış incəsənət xadimləri var.