Aprelin 22-də Şuşa şəhərində işə başlayan Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı konsert proqramı ilə davam edib.
“Report” xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib.
Mərasimdə folklor və rəqs qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri, xanəndələr çıxış ediblər.
Qeyd edək ki, aprelin 23-də başa çatacaq Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir.