- Cəmiyyət

Zaxarova: 1500 fransız hərbçi Ukraynaya göndərilə bilər

Aprel ayında təxminən 1,5 min nəfərdən ibarət fransız hərbçi Ukraynaya göndərilmək üçün döyüşə hazır vəziyyətinə gətirilə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Parisin Ukraynaya göndərmək üçün hərbi kontingent hazırlaması ilə bağlı yeni məlumatlar ortaya çıxır. Bu məqsədlər üçün Fransa xarici legionunun komandanlığı martın əvvəlində təxminən 1500 nəfərdən ibarət batalyon taktiki qrupunun tərkibini təsdiqləyib”, – o bildirib.

Onun sözlərinə görə, aprel ayında qrupun tam döyüş hazırlığı vəziyyətinə gətiriləcəyi gözlənilir: “Bu arada, fransalılar Ukraynadan mədəni sərvətlərin, o cümlədən onların guya qədim Bizans ikonalarının gizli ixracı ilə məşğul olan əcdadlarının işini davam etdirirlər. Onların ifadə etdiyi kimi, Fransada qorunub saxlanılır”.