“Biz Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülmüş 3+3 regional məşvərət mexanizmini yaratmaq fikrini dəstəkləyirik”.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Çoxşaxəli regional əməkdaşlığın inkişaf etdirilməsi bu formatın bütün mümkün iştirakçılarının mənafeyinə uyğundur”, – deyən Rusiya XİN rəsmisi 3+3 platforması ilə bağlı planı əməli müstəviyə keçirmək vaxtının gəldiyini da diqqətə çatdırıb.