İtaliyanın baş naziri Ukrayna prezidenti ilə telefonla danışmağa razılaşdığını, lakin əlaqə saxlamamasından şikayətlənib.
Ukrayna prezidenti Vladimir Zelenski İtaliyanın baş naziri Mario Draqi ilə niyə vaxtında danışmadığını açıqlayıb.
O, bu barədə öz Twitter səhifəsində məlumat verib.
“Bu gün saat 10:30-da Çerniqov, Qostomel və Melitopol şəhərlərinin ətrafında ağır döyüşlər gedirdi, insanlar ölürdü. Növbəti dəfə Mario Draqi ilə müəyyən olunmuş vaxtda danışmaq üçün müharibə cədvəlini dəyişməyə çalışacağam”, – Ukrayna dövlətinin başçısı yazıb.
Bundan əvvəl İtaliyanın baş naziri şikayət etmişdi ki, o və Zelenski bu səhər yenidən telefon danışığı aparmağa razılaşıblar, lakin Ukrayna prezidenti əlaqə saxlamayıb.