- Manşet

Zelenski Kaxovka SES-ə görə Təhlükəsizlik Şurasının iclasını çağırır

Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovka su elektrik stansiyasının bəndinin partladılmasına görə Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) iclasını çağırır.

“Report” xəbər verir ki, bu barədə MTMŞ-nin katibi Oleksiy Danilov tviterdə yazıb.

Xatırladaq ki, Ukraynada Kaxovka su elektrik stansiyasının (SES) bəndi partladılıb. İnsidentdə tərəflər bir-birini ittiham edirlər.