- Cəmiyyət

Zelenski Polşa, Çex Respublikası və Sloveniyanın hökumət başçıları ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə gəlmiş Polşa, Çex Respublikası və Sloveniyanın baş nazirləri ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Ukrayna rəhbəri “Facebook”da bildirib.

Qeyd edək ki, Çex Respublikasının Baş naziri Petr Fiala, Polşanın Baş naziri Mateuş Moravietski, baş nazirin müavini Yaroslav Kaçinski və Sloveniyanın baş naziri Janez Yanşa ötən gün Kiyevə gəliblər.