Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başlayandan sonra ilk dəfə Rusiya mətbuatına müsahibə verib.
“Report” “Meduza”ya istinadən xəbər verir ki, Prezidentlə müsahibə iki saat çəkib.
Dövlət başçısı Rusiyanın “Meduza” internet nəşrinin baş redaktoru İvan Kolpakov, “Dojd” telekanalının baş redaktoru Tixon Dzyadko, yazıçı və jurnalist Mixail Zıqar, “Kommersant”ın müxbiri Vladimir Solovyovla telefonla danışıb.
Qeyd edək ki, adıçəkilən jurnalistlər Rusiyada əsasən müxalif mövqeyi ilə seçilir.