“Biz Donetsk və Luqansk separatçıları ilə birbaşa danışıqlara getməyəcəyik. Çünki bunun bir mənası yoxdur”.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Zelenski Minsk razılaşmalarının uğursuz tərtib edildiyini vurğulayıb və əlavə edib ki, Ukrayna həmin sənədlə əlverişsiz vəziyyətə salınıb.
Ukrayna Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşünün baş tutacağı halda, iki ölkə arasında gərginliyi aradan götürə biləcəklərinə ümidini ifadə edib.