- Cəmiyyət, Manşet

Zelenski Zalujnının işdən azad edilməsi barədə danışıb

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı əvəzləmək barədə düşündüyünü bildirib.

APA-nın məlumatına görə, o, bunu İtaliyanın “Rai1” telekanalının efirində deyib.

“Bu, Ukraynaya rəhbərlik edənləri narahat edən sualdır. Təbii ki, yeni başlanğıc lazımdır”, – deyə Ukrayna lideri bildirib.

O, təkcə hərbi sahədə deyil, dövlətin bəzi rəhbər şəxslərinin əvəzlənməsini nəzərdə tutduğunu qeyd edib.

“Mən bu əvəzetmə haqqında düşünürəm, bu doğrudur” – deyə Zelenski davam edib.