Ukrayna Prezidenti Volodimir Zelenskinin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
“Report”un məlumatına görə, bununla bağlı avropalı siyasətçilər mükafat komitəsinə müraciət ediblər.
Qeyd edək ki, bütün namizədlərin adları fevralın 1-nə kimi təqdim edilməli idi, lakin avropalı siyasətçilər Zelenskinin namizədliyində israrlıdırlar və müraciət üçün son müddəti martın 31-dək uzatmağı xahiş ediblər.
“Biz bunun prosedur pozuntusu olduğunu başa düşsək də, hesab edirik ki, pozuntu indiki misli görünməmiş vəziyyətlə əsaslandırılır. Bizim demokratik borcumuz avtoritarizmə müqavimət göstərmək, demokratiya və özünüidarə hüququ uğrunda mübarizə aparan xalqı dəstəkləməkdir”, – avropalı siyasətçilər öz mövqelərini izah ediblər.