- Dil

Ziyalı insanlar bir yerdə olanda günəş kimi parlayırlar

Vətəni qorumaq həm də tarixi və dili qorumaqdan keçər. Odur ki, dil məsələsiylə əlaqəli hər bir vətənpərvər insan həssas olmalıdır. Mübarizə ruhu önəmlidir. Əsgər silahla, vətənpərvər ziyalı isə qələmiylə vətəni üçün mücadilə edər.

Bu bir həqiqətdir ki, çoxumuz dil ilə bağlı xoşagəlməz hallarla qarşılaşanda heyfsilənib köks ötürməklə kifayətlənirik. Amma FADMM bu kimi hallarla mübarizə aparmağa qərar verdi. FADMM sədri Vasif Sadıqlı ve içraçı direktor Gülyaz Əliyevanın sosial mediyada elan etdikləri səfərbərlik öz bəhrəsini verdi. FADMM sosial mediyada bir anda necə parladısa, çox sayda ziyalı avtomatik şəkildə fikir və düşünlərinin tərcümanı olaraq gördükləri bu təşkilatın işığına toplaşdı.

Ziyalı-aydın-işıqlı insanlar bir yerdə olanda günəş kimi parıldayırlar. Güc birlikdədir. O gücü göstərən FADMM 1 yaşına qədəm basdı. Vətənini, millətini, tarixini və dilini sevdiyi üçün heç bir dövlət dəstəyi görmədən dilin qorunması üçün qollarını çırmalayan FADMM səlahiyyətli dövlət orqanlarının da hərəkətə keçməsinə səbəb oldu, bir növ üzərlərinə dirilik suyu tökmüş oldu. Bu baxımdan nail olunanları hesaba qatmasaq belə, nail olunacaqlara görə FADMM təşkilatına minnətdarıq.

Afina MƏMMƏDLİ, Qars Univeriteti, dosent