- Cəmiyyət, Manşet, Xəbərlər

Ziyalılar bu dəfə Prezident Administrasiyasının rəhbərinə müraciət etdilər: “Dövlət dilinə qarşı hörmətsizliyə son qoyulmalıdır”

Hörmətli Samir müəllim!

İctimaiyyətimizi, ziyalılarımızı narahat edən bir məsələ ilə əlaqədar Sizə müraciət edirik. Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlayıb. Azərbaycan prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilib, dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılıb. Buna baxmayaraq, mükəmməlliyi, zənginliyi ilə seçilən ana dilimizin öz yurdunda hörmətsizliyə məruz qaldığını artıq görməmək olmur.

Ötən il yaradılmış “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakının mərkəzi prospekt və küçələrində bir neçə monitorinq keçirib. Təkcə Rəsulzadə küçəsində aparılan monitorinq zamanı məlum olub ki, ərazidəki 42 ticarət və xidmət obyektindən 40-da (!) Azərbaycan dilindən istifadə edilməyib. Çox təəssüf ki, Rəsulzadə küçəsi istisna deyil və aparılmış monitorinqlər digər ərazilərdə də utandırıcı vəziyyətin olduğunu təsdiqləyir. Belə ki, Cavid prospekti, Nizami küçəsi, Azərbaycan prospekti, Əziz Əliyev küçəsi və s. ərazilərdə reklam və lövhələrin 70-90 faizində dövlət dilindən istifadə edilməyib.

Hörmətli Samir müəllim!

Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması təsbit edilib (maddə 21). Bu, o deməkdir ki, istər dövlət, hökumət strukturları, istərsə də özəl sektor subyektləri vətəndaşlarla ünsiyyəti bu dildə qurmaldır. Ticarət və xidmət obyektləri vətəndaşlara xidmət edir, həmin obyektlərin üzərindəki yazı vətəndaşlarla ünsiyyət üçündür və bu ünsiyyət dövlət dilində olmalıdır.
Azərbaycan dilinin dövlət dili kimi ölkənin siyasi, ictimai, iqtisadi (ticarət və digər xidmətlər iqtisadi fəaliyyət sahəsidir), elmi və mədəni həyatının bütün sahələrində işlədilməsi qanunun tələbidir (“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 1.2. maddəsi)
Yenə həmin Qanunda (maddə 17) dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının…” adında işlədilməsi tələb edilir. Eləcə də qanunda qeyd edilir ki. “göstərilən təsisatların adını əks etdirən lövhələr… dövlət dilində tərtib olunur”.
Yenə həmin Qanuna görə, “… bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır” (maddə 18.1.).
“Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əsasən, “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”.

Hörmətli Samir müəllim!

Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarına, “Dövlət dili haqqında” Qanuna,  Azərbaycan Respublikası Prezidentinin fərmanlarına etina edilməməsi, Bakının, eləcə də artıq digər şəhərlərimizin millilik elementlərinin get-gedə yoxa çıxması, ayrı-ayrı şirkətlərin öz biznes maraqlarını önə çəkib Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan dilimizi sıxışdırması heç cür qəbul edilə bilməz. Dil dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktoru, eyni zamanda, təfəkkürün formalaşmasında və strukturlaşmasında mühüm rol oynayan bir təzahürdür. Bakının küçələrində müşahidə edilən dil mənzərəsi qeyd-şərtsiz mədəni-linqvistik ekspansiyadır və əsas məqsəd xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməkdir.

Yuxarıda sadalananlar həm də dövlətimizin rəsmi azərbaycançılıq ideologiyası ilə daban-dabana ziddir. Sanki bu təhdid nəzərə alınaraq hələ 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.

Hörmətli Samir müəllim!

Bundan əvvəl eyni mövzuda Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya edilən müraciətlərimiz bir nəticə verməyib. Ən yaxşı halda məktubumuz Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə göndərilib. Aradan keçən bir ilə yaxın müddətdə müşahidələrimiz belə bir qənaət yaradıb ki, bu qurum deyilən problemi həll etmək iqtidarında və ya marağında deyil.

Deyilənləri nəzərə alaraq, dövlətinə, xalqına, onun dəyərlərinə bağlı bir şəxs kimi səlahiyyətlərinizdən istifadə edərək müvafiq tədbirlər görməyinizi, eləcə də dövlət dili haqqında qanunun tələblərinə əməl edilməməsi barədə əlavə məqamlara aydınlıq gətirilməsi üçün müraciəti imzalayanlardan bir neçə nəfəri şəxsən qəbul etməyinizi xahiş edirik.

Hörmətlə

İmzalar:

  1. Solmaz Rüstəmova-Tohidi, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor
  2. Xəlil Yusifli, Əməkdar elm xadimi, professor
  3. Fəxrəddin Veysəlli, filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru
  4. Qəzənfər Kazımov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, professor
  5. Qara Məşədiyev, AMEA Nəsimi adına Dilçilik İnstitutu, professor
  6. Aida Qasımova, Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor
  7. Zümrüd Dadaşzadə, Bəstəkarlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, professor
  8. Fazil Mustafa, millət vəkili
  9. Buludxan Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin  üzvü, filologiya elmləri doktoru, professor
  10. Mənsim Məmmədov, fizika-riyaziyyat elmləri namizədi, BAAU-nun professoru
  11. Mayıl Əsgərov, filologiya elmləri doktoru, professor
  12. Ədalət Tahirzadə, Bakı Avrasiya Universiteti, professor
  13. Gülzar İbrahimova, siyasi elmlər doktoru, professor
  14. Tərlan Quliyev, filologiya elmlər doktoru, Bakı Musiqi Akademiyası, professor
  15. Seyfəddin Rzasoy, AMEA Folklor İnstitutunda şöbə müdiri, filologiya elmləri doktoru, professor
  16. Könül Bünyadzadə, AMEA-nın müxbir üzvü, Amerika Fəlsəfə Assosiasiyasının və UNESCO nəzdində Filosof Qadınlar Cəmiyyətinin üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti
  17. Qorxmaz Quliyev, filologiya üzrə elmlər doktoru, professor
  18. Məzahir Ertuğ Avşar, Antalya Ağdəniz Universiteti, professor, rəssam
  19. Toğrul İsmayıl, Kahramanmaraş Şütcü İmam Üniversiteti, professor
  20. Tahirə Allahyarova, professor.
  21.   Rafiq Yusifoğlu, şair, ədəbiyyatşünas, professor
  1. Kamil Bəşirov, filologiya elmləri doktoru, ADPU, professor
  2. Xaləddin İbrahimli, professor
  3. Esmira Fuad, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsini aparıcı elmi işçisi, dosent
  4. Əkrəm Bağırov, AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
  5. Səidə Qafarova, ADU, dosent
  6. Aygün Kərimova, Bakı Dövlət Universiteti, fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru
  7. Şəkər Orucova, AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, dosent
  8. Səadət Şıxıyeva, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent
  9. Elmira Məmmədova-Kekeç, AMEA Şərqşünaslıq İnstitutu, dosent
  10. Könül Hacıyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
  11. Aybəniz Rəhimova, filologiya üzrə fəlsəfə doktoru, dosent
  12. Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktoru, dosent
  13. Güldəniz Qocayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
  14. Afina Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent
  15. Mütəllim Rəhimov, fəlsəfə elmləri namizədi, dosent
  16. Əjdər Yunusov, tarix elmləri namizədi, dosent
  17. Seyfəddin Altaylı, dosent
  18. Ədalət Abbasov, filologiya üzrə fəlsəfə doktoru, dosent
  19. Pərvanə Məmmədli, fəlsəfə doktoru, dosent, ədəbiyyatşünas
  20. Aybəniz Kəngərli, filologiya elmləri doktoru
  21. Natella Quliyeva, Bakı Avrasiya Universitetində dekan müavini, dosent
  22. Salman Süleymanov filologiya üzrə fəlsəfə doktoru, dosent
  23. Zəhra Allahverdiyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, dosent
  24. Dilşad Veysəlova, filologiya üzrə fəlsəfə doktoru, dosent
  25. Alı Balayev, AMEA Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru, dosent
  26. Kəmalə Qəhrəman, BDU, dosent
  27. Əlövsət Allahverdiyev, hüquq üzrə fəlsəfə doktoru, dosent
  28. Elza Mollayeva, BDU, “Pedaqogika” kafedrasının dosenti
  29. Məmmədəli Babaşlı, AMEA Şərqşqnaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, dosent
  30. Səadət Kərimi, İsveç Umea Universitetində elmi işçi və lektor/dosent
  31. Nuridə Novruzova, Bskı Slavyan Universitetinin dosenti
  32. Şəhla Məcidova, filologiya üzrə fəlsəfə doktoru
  33. Şəlalə Mahmudova, ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru
  34. Ramazan Qafarlı, filologiya elmləri doktoru
  35. Şükür Mustafa, kimya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim
  36. Dilrüba Cəfərova, filologiya üzrə fəlsəfə doktoru
  37. Aygün Həsənoğlu. Yazıçı-dramaturq, filologiya üzrə fəlsəfə doktoru
  38. Ruslan Abdullayev, dosent, filologiya üzrə fəlsəfə doktoru
  39. Yeganə Hüseynova, Gəncə Dövlət Universiteti, müəllim, filologiya üzrə fəlsəfə doktoru
  40. Hafiz Rüstəm, şair-publisist, şərqşünas
  41. Araz Qurbanov, jurnalist
  42.  Səhər Əhməd, şair
  43. Qurban Yaquboğlu, yazıçı, AYB üzvü
  44. Sevinc Nəzərli, İsveç Azərbaycan Dram Teatrının bədii rəhbəri
  45. Sona Cabbarzadə. AMEA Əlyazmalar İnstitutunun əməkdaşı
  46. Yeganə Məmmədova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü
  47. Jalə İsmayıl, redaktor
  48. Vasif Sadıqlı, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri
  49. Çiçək Hüseynova, Bakı Avrasiya Universiteti, müəllim
  50. Mirzə Ənsərli, AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi
  51. Aynurə Əliyeva, ADPU-da müəllim
  52. Şəfayət Avılbəyli, Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi
  53. Rəna Bağırova, Müdafiə Sənayesi Nazirliyi, Aerokosmik agentlikdə aparıcı elmi işçi
  54. Zəminə Rüstəmbəyli, türkoloq
  55. Turanə Zeynalova, Bakı Avrasiya Universitetində müəllim
  56. Sevinc Talıbova, Bakı Avrasiya Universitetində müəllim
  57. Əlirza Balayev, əməkdar jurnalist
  58. Əlövsət Əmirbəyli, Xəzər universiteti, İctimai əlaqələr və media üzrə direktor
  59. Mehriban Sərdarova, ADPU, Elmi-Tədqiqat Mərkəzinin kiçik elmi işçisi
  60. Nəriman Əbdülrəhmanlı, yazıçı
  61. Sülhiyyə Musaqızı, yazıçı-jurnalist
  62. Natəvan Bağırova, filoloq
  63. Gülyaz Əliyeva, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədr müavini
  64. Pərvanə Bayramqızı, yazıçı
  65. Afiq Muxtaroğlu, AYB üzvü, Niderland Krallığı
  66. Ayaz İmranoğlu, “İnamın gəlişi” qəzetinin baş redaktoru
  67. İlqar Türkoğlu, AYB və Dünya Türk Yazarlar Birliyinin üzvü
  68. Mahir Qafarov, rejissor
  69. Şeyda Nəsibli, jurnalist
  70. Xanoğlan Əhmədov, “likxeber.org” saytının baş redaktoru
  71. Rəsul Mirhəşimli, “avropa.info” saytının baş redaktoru
  72. Rəfael Tağızadə, şair-publisist
  73. Gülnarə Rəfiq – “Konservatoriya” elmi jurnalının məsul katibi, “Tərəqqi” medalı laureatı
  74. İsmayıl Tanrıverdi, BDU-nun Erməni Araşdırmaları Mərkəzinin direktoru
  75. Zaur Ustac, yazıçı
  76. Nadir Qocabəyli, yazıçı
  77. Aygün Mirzəyeva, ingilis dili müəllimi
  78. Pərvanə Qədirova, müəllim
  79. Həcər Paşayeva, müəllim
  80. Cahan Quliyeva
  81. Könül Aydın, filoloq
  82. Məhsəti Şərif, jurnalist
  83. Fizzə Heydərova, jurnalist
  84. Elmira Cəfərqızı, filoloq
  85. Vüsalə Məmmədli, müəllim
  86. Etibar Sadiqov
  87. Ismayıl Məmmədov, Lerik Rayon Mədəniyyət Mərkəzinin metodisti
  88. Vəfa Ibrahimli, Azərbaycan dili və ədəbiyyat müəllimi
  89. Sevil Gültən, tərcüməçi
  90. Gulnar İbadova. AMEA dissertant. Ərəb dili müəllimi və tərcüməçi
  91. İlyas Babaşzadə, mühəndis
  92. Aynur Bəşirova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  93. Səbinə İmanova, müəllim
  94. Nabat Abdullayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
  95. Məleykə Əliyeva, müəllim
  96. Xanımgül Həsənova, müəllim
  97. Vaqif Osmanov, hidrometeoroloq
  98. Nərmın Qasımova, müəllım
  99. Gülçöhrə Xəlilova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  100. Səadət İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  101. Mustafakamal İslamov, mühəndis
  102. Firuz Cəfərli, iş adamı
  103. Aida İskəndərova, Azərbaycan dili və ədəbiyyat müəllimi, “Tərəqqi”medalı laureatı
  104. Esmira İsmayılova, jurnalist
  105. Sürəyya Zeynalova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  106. Əminə Mərdanova, təqaüddə olan həkim
  107. Zahir Cövziyev, mühəndis
  108. Sürəyya Allahverdiyeva, təqaüdçü
  109. Asif Abbaslı, Azərbaycan dili və ədəbiyyat müəllimi
  110. Famil Cəfərli, jurnalist
  111. Aygül Şərifova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  112. Anar Mahmudov, tərcüməçi
  113. Zeynəb Qurbanlı, tələbə
  114. Zümrüd Məmmədzadə, Quba ş. H. Əliyev adına 1 saylı tam orta məktəb, Azərbaycan dili və ədəbiyyat müəllimi
  115. Mətanət Paşayeva, Elmi Kardiologiya İnstitutunda elmi işçi, dissertant həkim, kardioloq-reanimatoloq
  116. Zoya Məmmədova, pensiyaçı müəllim
  117. Sima Cəfərova, Bakı Avrasiya Universitetində kitabxana və informasiya mərkəzinin müdiri
  118. Rafiz Kərimov, mühəndis, təqaüdçü
  119. İsa Mehralıyev, “Kriogen” MMC-də baş mühəndis
  120. Zakir Cəfərov, mühəndis, təqaüdçü
  121. Məftunə Kərimova, orta məktəbdə direktor müavini
  122. Sahirə Məmmədova, Füzuli rayon 27 nömrəli orta məktəbin direktoru
  123. Şəfiqə Əhmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  124. Sakitə Qulamova, Azərbaycan dili və ədəbiyyat müəllimi.
  125. Elsevər Hüseynoğlu, materilaşünas mühəndis
  126. Təravət Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  127. Elxan Ağayev, Azərbaycan dili və ədəbiyyat müəllimi
  128. Siddiqə Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi.
  129. Aynur Ələkbərova, Azərbaycan dili və ədəbiyyatı müəllimi.
  130. Həsən Əliyev, təqaüdçü müəllim
  131. Aybəniz Zeynalova, Azərbaycan dili və ədəbiyyatı müəllimi
  132. Gülnar Xəlilova, təqaüdçü həkim-pediatr
  133. Rəmzi Sadıqlı, mühəndis
  134. Haşım Əkbətov, həkim
  135. Şakira Bədəlova, təlim-tərbiyə üzrə direktor müavini
  136. Leyli İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  137. Şəhla Soltanova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  138. Aytəkin Axundzadə, Azərbaycan dili və ədəbiyyat müəllimi
  139. Səkinə Novruzova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  140. Validə Məmmədova, müəllim ,  kitabxanaşünas biblioqraf
  141. Təhminə Əsgərli, Azərbaycan dili və ədəbiyyat müəllimi
  142. Aysel Xanaliyeva,  Təhsil İnstitutunun aparıcı mütəxəssisi, filoloq
  143. Firəngiz Əsgərzadə, təqaüdçü
  144. Səhlədar Hidayətoğlu
  145. İbrahim Babayev, iqtisadçı-mühəndis
  146. Əbilov Təmşiət, Azərbaycan dili və ədəbiyyat müəllimi
  147. Röyadə Musayeva, ibtidai sinif müəllimi
  148. Qaraş Əkbərov, Azərbaycan dili və ədəbiyyat müəllimi
  149. Xatirə Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  150. Rəvanə Sadıqlı, Azərbaycan dili və ədəbiyyat müəllimi
  151. Aygün Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
  152. Aynur Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  153. Vəfa Hətəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  154. Məmməd Məhəmmədov, riyaziyyat müəllimi
  155. Məmmədağa Nuriyev Azərbaycan dili və ədəbiyyat müəllimi
  156. Ramil Tanrıverdi, tarix müəllimi
  157. Azər Quliyev, Azərbaycan dili və ədəbiyyat müəllimi
  158. Mir Nazim Mirişov, politoloq
  159. Aytac Əliyarlı, Azərbaycan dili və ədəbiyyat müəllimi
  160. Aysel Tahirzadə, tarix müəllimi
  161. Şəmsiyyə İbadova, fizika müəllimi
  162. Zümrüd Quliyeva, riyaziyyat müəllimi
  163. Məleykə Mehdiyeva, informatika müəllimi
  164. Ülviyyə Hüseynova, müəllimi
  165. Vüsalə Musayeva, ingilis dili müəllimi
  166. Gülnar Əzimova, informatika müəllimi
  167. Gülşən Hüseynova, rus dili müəllimi
  168. Gülgün Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
  169. Aygül Rüstəmova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  170. Nuriyyə İsmayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi
  171. Böyükxanım Qarayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi
  172. Bahar Ağayeva, filoloq
  173. Natəvan Rzayeva, filoloq
  174. Məlahət Mustafayeva, filoloq
  175. Rasimə Ağamalıyeva, filoloq
  176. Məryəm Quliyeva, ingilis dili müəllimi
  177. Sevda Mustafayeva, filoloq
  178. Töhfə Bilalova, kimya müəllimi
  179. Mahirə Məmmədova, ingilis dili müəllimi
  180. Nərminə Məmmədova, filoloq
  181. Səadət Ələsgərova, filoloq
  182. Firəngiz İmanova, filoloq
  183. İradə Əmrahova, filoloq
  184. Zinyət Ağaşirinova, filoloq
  185. Xurşud Rüstəmova, ingilis dili müəllimi
  186. Şamaxı Cəbiyeva, ibtidai sinif müəllimi
  187. Əntiqə Həsənova, ingilis dili müəllimi
  188. Aida Rzayeva, ibtidai sinif müəllimi
  189. Tünzalə Mahmudova, filoloq
  190. Sədaqət Salayeva, fizika müəllimi
  191. Arzu Məcidova, riyaziyyat müəllimi
  192. Şükufə Cəbiyeva, riyaziyyat müəllimi
  193. Mətanət Əliyeva, tarix müəllimi
  194. Xalidə Həsənova, əmək müəllimi
  195. Pəri Mehrani, filoloq
  196. Səidə Sideifzadə, filoloq
  197. Afaq Qəmbərova, jurnalist
  198. Səxavət Tağlar, Azərbaycan dili və ədəbiyyat müəllimi
  199. Ruslan İbayev, Azərbaycan dili və ədəbiyyat müəllimi
  200. Könül Aydın (Mingəçevir), Azərbaycan dili və ədəbiyyat müəllimi
  201. Alagöz Əlizadə, mühasib