“Facebook” şirkətinin qurucusu Mark Zukerberq sosial şəbəkələrin işində yaranmış bir neçə saatlıq problemə görə milyardlarla dollar vəsait itirib.
Bu barədə “Forbes” nəşri yazıb.
Məlumata görə, Zukerberqin sərvəti 5,4% və ya 6,6 milyard dollar azalaraq 116,1 milyard dollara çatıb.
Zukerberq sosial şəbəkələrin işindəki problemdən sonra “Forbes”in dünyanın ən zəngin insanları siyahısında geriləyib və 6-cı pilləyə düşüb. (modern.az)