Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
APA-nın məlumatına görə, Hikmət Hacıyev görüşlə bağlı tvitter səhifəsində paylaşım edib.
“Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik”, deyə Prezidentin köməkçisi vurğulayıb.
Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də görüşlə bağlı tvitter səhifəsində paylaşım edib: “Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşməkdən məmnunam. İkitərəfli əlaqələrimizin son inkişaflarını və ümumi maraq doğuran məsələləri müzakirə etdik”.