- Dil, Köşə

Fizzə HEYDƏROVA. Azsaylı türk xalqlarının ilk onluğu

Türk etnoniminin adına ilk dəfə Çin əlyazmalarında rast gəlinir və 542-ci ilə aiddir. Türklər barədə Avropa salnamələrində ilk dəfə Bizans tarixçiləri Menandr və Feofan türk xaqan Silzubul 568-ci ildə II Yustinə səfirlik göndərəndə yazıb. Baqa-Yışbar xanın Çin impertoru Ven-diyə məktubunda Baqa Yışbar “türklərin böyük xanı” kimi təsvir olunur.

Danimarkalı türkoloq və Danimarka Kral Elmi Cəmiyyətinin prezidenti Vilhelm Tomsen tərəfindən 20-ci əsrin əvvəllərində etnonimin erkən təhlilinə əsaslanan versiya bu terminin “toruk” və ya “turuk” sözündən qaynaqlandığını göstərir, bu da əksər türk dillərindən “düz dayanan” və ya “möhkəm”, “dayanıqlı” olaraq tərcümə olunur. Bununla yanaşı, A. N. Kononovun və V. V. Bartoldun fikrincə, “türk” sözünün ilkin mənası “güclü, möhkəm” deməkdir.

Müasir türkdili xalqların çoxu müsəlmandır, amma pravoslav xristianlar (əsas hissəsi qaqauzlar, kumandinlər, çuvaşlar, altay, tatar, xakas və yakutların bir hissəsi), yəhudilər (karayimlər və krımçaqlar), buddistlər (sarı uyğurlar, salarların bir hissəsi, tarbaqatay qırğızları, tuvalılar), burhanistlər (altaylılar), tanrıçılar və şamanistlər (dolqanlar, teleutlar, xakaslar, şorlar, yakutlar və s.) var.

Beləliklə, 10 ən azsaylı türkdilli xalq

10. Tuvalılar. Tuvanın əsas sakinləri. İnanclıları buddistdir. Tanrıçılıq inancı da qalır. Boğaz ifası musiqiləri məşhurdur. Sayları 270 min nəfərdir.
9. Qaqauzlar.
Tarixən Balkan yarımadasında formalaşıb. Hazırda Bessarabiyada daha çox məskunlaşıblar. Eləcə də Bolqarıstan, Yunanıstan və Rumıniyada da yaşayırlar. Sayları 245 min nəfərdir. İnanclıları pravoslavdır.
8. Noqaylar.
Şimali Qafqazda, Povoljyedə, Qazaxıstanın qərbində yaşayırlar. Sayları 220 min nəfərdir.  
7. Xakaslar.
Əsasən Cənubi Sibirdə yaşayırlar. Əksəriyyəti pravoslavdır. Sayları
77 min nəfərə yaxındır.
6. Altaylılar.
Cənubi Sibir və Orta Asiyada Altay dağ silsiləsi yerləşir. Tədqiqatçıların çoxu məhz Altayı bütün türklərin ulu vətəni hesab edir. Altaylılar əsasən Altay Respublikasında yaşayırlar. Sayları 70 minə yaxındır.
5. Dolqablar. Dolqan dilinin nə vaxtsa yakut dilinin dialekti olduğu deyilir. İnanclıları pravoslavdır. Sayları 26 700 nəfər.
4. Şorlar.
Qərbi Sibirdə yaşayırlar. Şorların dili altay və xakas dillərinə yaxındır. Sayları 14 min nəfər.
3. Xotonlar.
Əsasən Ubsunur gölünün cənubunda, eləcə də Nurunbulak və Ulan-Qomedə yaşayırlar. Sayları 11 min nəfərdir.
2. Qaraim dili
qıpçaq qrupuna daxildir. Krım qaraimlərinin dili Litva və Ukrayna qaraimlərinin dilindən ciddi şəkildə fərqlənir. Sayları 3 min nəfərdir.
1.
Ən azsaylı türk xalqları tofalar, çulmınlar və saatanlardır. Bunların hər birinin sayı min nəfərdən azdır. Tofalar(lar) Şərqi Sibirdə yaşayırlar və sayları 800 nəfərdir. Çulmınlar Sibirin şimalı və Uzaq Şərqdə yaşayırlar. 2002-ci ildə sayları 656, 2010-cu ildə 355 nəfər olub. Saatanlar Monqolustanda yaşayır. 2001-ci ildə sayları 303 nəfər, 2010-cu ildə isə 282 nəfər olub. İnanclıları buddist və şamanistdir.

Yazı İnternet materialları əsasında hazırlanıb.