- Cəmiyyət

Talibanin xarici işlər naziri İranda səfərdədir

alibanin xarici işlər naziri Moləvi Əmirxan Müttəqi İranda səfərdədir.

APA-nın Tehran bürosunun məlumatına görə, Taliban XİN başçısını böyük nümayəndə heyəti müşayiət edir. Səfər çərçivəsində İran və Əfqanıstan arasında əlaqələrin inkişafı, regiondakı vəziyyət və iki ölkəni maraqlandıran məsələlər müzakirə olunacaq.