- Mədəniyyət

Anar Qazaxıstan Yazıçılar Birliyinin sədrinə məktub göndərib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Qazaxıstanda baş verən hadisələrlə bağlı Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlətə məktub ünvanlayıb.

525.az xəbər verir ki, məktubda deyilir:

“Dost və qardaş Qazaxıstandan gələn xəbərlər hamımızı sarsıdır və ağrılıdır. 2022-ci ilin ilk günlərindən Qazaxıstanda sabitliyin pozulması, iğtişaşlar, vətəndaş qarşıdurması, qan tökülməsi təəssüf doğurur. Bu hadisələrdə insanların həlak olması böyük itkidir və bizi hədsiz kədərləndirir. Tezliklə sabitliyin bərqərar olunmasını, bu ağrı-acıların arxada qalmasını arzulayır, Qazax xalqına xoşbəxt gələcək diləyirik”.