Elxan Ismayıl oğlu Ağayev 7 yanvar 1947- ə cì ildə Cəlilabad ravonunun Kazımabad kəndində anadan olmusdur. Kənd yeddiillik məktəbinì bitirdikdən sonra orta təhsilini Göytəpə șəhər orta məktəbìndə tamamlamışdır. 1964 – 68-ci illərdə ovaxtkı APi-nin filologiya fakültəsində oxumusdur. 1968-ci ildə ordu siralarına çağırılmış, 1969-cu ilde tərxis olunmuşdur. Rayonun Zəhmətabad Üçtəpə, Göytəpə məktəblərində işlədikdən sonra 1972-ci ildə Cəlilabad səhər Nizami adına orta `məktəbinə dəyişilmişdir. Onun bir müəllim kimi yaradıcı fəaliyyəti məhz bu dövrə təsadüf edir. 1973-cü ildə “Azərbavcan dilì dərslərində etimoloji təhlildən istifadə” mövzusunda yazısı ilə Minsk səhərində kecirilən “3-cü Ümumittifaq Pedaqoji Mühazirələr” mövzusunda konfransda iştirak etmiş SSRÌ Maarif Nazirliyinin və Pedaqoji Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif edilmisdir.
1974-90-cı illərdə Respublika elmi- praktik konfranslarında fəal iştirakçı kimi müxtəlif mövzularla çıxIş etmişdir. “Azərbaycan dili və ədəbiyyatın tədrisi” məcmuəsində müxtəlif illərdə 3 metodik yazısı dərc olunmuşdur. “Bədii təsvir və ifadə vasitələri” Elxan Ağayevin ikinci kitabıdır. Onun xatirələrdən və șeirlərdən ibarət “Zirvədə” adlanan birinci kitabı 2022-ci ildə çap olunmuşdur. 2020-ci ildən özünün “YouTube” kanalında orta məktəb Azərbaycan dili kursu üzrə ardıcılligla bütün mövzuları, ədəbiyyat nəzəriyyəsindən isə bəzi çətin mövzuları əhatə edən videoizahlar paylaşmışdır. 2012-ci ildən təqaüddədir. Bir qızı, iki oğlu, beş nəvəsi var.
Böyük kitab haqqında kiçik təəssüratım.
Kitab yazmaq çətin işdir, amma şərəfli işdir. Təhlil etmək, münasibət bildirmək ondan da çətindir, yazılanın istiqamətini müəyyənləşdirir.
Ədəbiyyat nəzəriyyəsi həmişə ədəbiyyatşünaslığın ağrılı və mübahisəli tərəfi olub.
Xüsusilə də bədii təsvir və bədii ifadə vasitələri indiyə qədərki ədəbiyyatımız tarixində müxtəlif müəlliflər tərəfindən oxşarmı, təzadlımı, bir-birini tamamlayanmı deyim, fikirlərlə izah edilmişdir. Mənim məqsədim hansısa müəllifin düz fikirini, və ya uyğun olmayan fikrini araşdıhmaq deyil, ona görə də heç bir müəllifin adını çəkmədən Elxan müəllimin dəyərli məhsuluna — Elxan müəllimin bizə təqdim etdiyi “Bədii təsvir vasitələri və bədii ifadə vasitələri” kitabına müraciət edirəm. Adından məlum olduğu kimi kitabda həm bədii təsvir, həm də bədii ifadə vasitələrindən danışılır. Mən də kitab haqqında özümə məxsus fikirləri söyləmək istədim. Yəni bədii təsvir… ümumiyyətlə, təsvir dedikdə bu, rəssamların işidir, amma bədii təsvir rəssamlığı sözə çevirmək deməkdir. Mənim bədii təsvir vasitələrinə yanaşmam belədir. Amma bədii ifadə gücləndirmək, qüvvətləndirmək daha parlaq etmək, daha da cəlbedici etmək məqsəri güdən pafosdur, daha dəqiq desək, intonasiyadır. Ona görə də mən məhz bu istqamətdən yanaşaraq öz mülahizəələrimi sizə catdırmaq istərdim.
Müəllif əsas diqqəti müqayisəyə verir. Müqayisələrdən çıxan nəticə ilə fikrini əsaslandırır, istifadəçiyə aydınlıq, asan anlama mühiti yaradır. Hətta bəzən, bir az qeyri-adi də olsa, məişət çərçivəsində müqayisə aparir. Müqayisələr həm də bir konstruktor kimi sərhəd müəyyənlələşdirir. Konkret olaraq hər fiqurun yerini göstərir, mübahisəli məsələlərə son qoymaq məqsədi daşıyır. Təyinlə epitet arasında sərhəd elə qoyulmuşdur ki, istifadəçi üçün anlamaq, seçmək, tanımaq üçün hüç bir çətinlik yoxdur. Epitetlərin ifadə olunduğu söz və ifadələrin xarakteri kitabda xüsusi paraqraflarda nümunələr əsasinda aydınlaşdırılır. Sifətlə, isimlə, feili sifətlə, söz birləşmələri ilə ifadə olunan epitetlər səbrlə qruplaşdırılmış, nümunələrlə izah edilmişdir.
Təşbehin mütləq əlamətləri ilə epitetin məxsusi əlamətləri arasındakı oxşarlıq və fərq, ortaq məzmun, sözün yerdəyişməsi zamanı (inversiya) təşbehin müəyyənləşməsi prosesi, məcaz və məcazi mənanın fərqləndirilməsi, təşbehin ancaq məcazi mənada olması kitabda ustalıqla ifadə olunmuşdur.
“Təşbehdə əlaqədar bir məsələyə diqqət etmək lazımdır. Təşbehdə digər məcazlardan fərqli bir xüsusiyyət vardır: təşbeh qrammatik cəhətdən müəyyən ifadə formalarına malikdir. Təşbeh əksərən kimi, -tək, qədər bənzətmə qoşmaları, eləcə də sanki, elə bil, guya modal sözlərinin köməyi ilə formalaşır.” – fikrini təsdiqləməklə “Buna görə də təşbehi formal əlamətlərinə görə müəyyənləşdirmək asandır.” (D. L. Karpov”) ideyası ilə şəriklənir.
Burada epitet//təşbeh, təşbeh//litota, mübaliğə müqayisəsi də tam aydınlanır.Mübaliğə haqlı olaraq reallıqla qeyri-reallığın (səh. 61) qarşılaşdırması kimi verilir və bunu mübaliğənin müəyyənləşdirilməsi amili kimi təqdim edir.
“Ürəyimdə bir günəşin odu var,
Kür quruyar, Kürə atsan, a zalım.” — M.Arazdan gətirilmiş bu nümunəyə diqqət edək. Nümunədəki bütün isimlər ayrılıqda mövcuddur, amma mövcud olan ürəkdə, mövcud olan günəşin odunun olması qeyri-reallıqdır. Müəllifin gəldiyi nəticə tam dəqiqliyi ilə təsdiqlənir.
Əvvəldə qeyd etdik ki, kitabı diqqət mərkəzinə çəkən əsas amillərdən biri – – həm də maraqlısı müqayisələrdir. Yadımdadır, K. Qəhrəmanov “Kufə kun künd eyləmiş min tişəni bir dağ ilə, Mən künd eylərəm min dağı bir dırnağ ilə.”(M. Füzuli) nümunəsi ilə mübaliğə və litotanın müqayisəsini gözümüz qarşısında canlandırmışdı…
Metaforların feil, isim, sifət, adsız kimi qruplaşması, mübaliğə//litota, mübaliğə//təşbeh, metafor//metonimya, metonimiyada müqayisə obyektləri arasında məna əlaqələrinin müqayisəsi də istifadəçi üçün əhəmiyyətli dərəcədə maraqlı və vacibdir.
Bədii ifadə vasitələrinə keçməzdən əvvəl razılşmağa çətinlik çəkdiyim bir-iki nüansı qeyd etmək istəyərdim. 39-cu səhifədə məişətdə metaforun daha çox vulqarizm olaraq işlənməsi fikrini uyğunsuz hesab etdim, çünki metaforlar məişətimizin elitar arenasında da işlənir.
Sneqdoxa— bütövün hissəsi olaraq verilir (səh.54). Amma nədənsə müəllif hissə ilə bütöv arasında oxşarlıq və fərq axtarır.
Çoxmənalı sözlərin metafor kimi götürülməsi də, məncə bir az uyğunsuzdur.
Elxan Ağayev bədii ifadə vasitələrinin doğru və əsaslı izahını vermək üçün ayrı-ayrı müəlliflərin təzadlı fikirlərini müqayisə və analiz edir. Müəlliflərə hörmətlə yanaşır, çünki məqsədi münasib olanı əsaslandırmaqdır. Əvvəlki müəlliflərdə mövzuya birtərəfli, uyğunsuz, təzadlı yanaşmalar var. Elxan Ağayev düzğün hesab etdiyini əsaslandırır, öz mülahizələrini ortaya qoyur. Fikrini mükəmməlləşdirir, məqsədini tamlayır. Əsas nəticəyə gəlir: nə bədii təsvir vasitələri, nə də bədii ifadə vasitələri cümlədən kənarda deyil, mətn hər ikisi üçün özünü təsdiq etmə məkanıdır. Fərq mətnə yanaşma, onun üzərində işləmə istiqamətindədir. Müəllifin daha müvəffəqiyyətli nəticəsi bədii təsvir və ifadə vasitələrinin fərqləndirilməsi sərhədini müəyyənləşdirməkdir.: “Əslində təsvir və ifadə vasitələrinin fərqləndirilməsində leksik və qrammatik vasitələrin əsas meyar kimi göstərilməsi, zənnimcə, ən düzgün və ən rahat yoldur.” (səh. 71) Bu son qənaətdir və müəllif istifadəçının diqqətini cəmləşdirir. Sintaktik fiqur qrammatik vasitə deyil, baxmayaraq ki, “leksik vasitə sözdür, onun vssitəsilə məcaz yaranır”, amma məcaz leksik vasitə deyil. Müəllif öz qənaətini fəlsəfi yolla da açıqlayır. O, haqlı olaraq bədii ifadəni cümlə quruluşu ilə bağlayan müəlliflərin fikrinə şərik olur. Elə ad kimi seçilmiş “bədii ifadə” deyimi də bu fikrə əsas verir ki, ifadə tərzi əsas rol oynayır. Bədii ifadənin poetik sintaksis adlanması da təsadüfi deyil — paetika, ruh coşğunluğu, ifa ilə fərqlənmə əsasdır.
Müəllif haqlı olaraq diqqətə çatdırır ki, nə bədii ifadə, nə də bədii təsvirlər — məcazlar cümlənin mənasını dəyişmir.
“Fələklər yandı ahimdən, müradımın şəmi yanmazmı?” – misrası ilə “Ahımdən fələklər yandı, amma muradımın şəmi yanmadı.” cümlısini müaayisə edərək fikrini bir daha təsdiq edir. (səh.75) Dönə-dönə bədii ifadə vasitələrinin məcazlarla fərqini əsaslı dəlillərlə şərh edir, müqayisə ilə fikrinin dəqiqliyini istifadəçiyə çatdırır. Özündən əvvəl deyilmiş fikirlərin düzgün olmayan istiqamətinə münasibət bildirir, çıxardığı nəticəni mükəmməlləşdirir.
Yuxarıda qeyd etdiyimiz kimi müəllif bəddi ifadəni intonasiya ilə, pafosla əlaqələndirir. Məcazlarda sözün daxilinə nüfuz edərək novü müəyyənləşdlriksə, bədii ifadə vasitələrini araşdırarkən istiqamət dəyişir. Nitqdə poetik fiqurların cümlə və onun intonasiyası ilə təzahürünün yazıda ifadəsi, bu zaman durğu işarələrinin də sintaktik fiqurların vizual əlaməti kimi meydana çıxması, cümlədə söz sirasının məqsədə müvafiq olaraq pozulması (inversiya) müəllifin diqqətindən yayınmır, o, düzgün nəticəyə gəlmək üçün istifadəçiyə ən optimal yolları seçə bilmək imkanı yaradır.
Kitabda bir çox müəlliflərdən fərqli olaraq şifahi nitqdə məhz ifadə tərzi ilə, intonasiya ilə diqqətə çatdırılan, yazıda dürğu işarələri ilə, yerdəyişmələr və digər üsullarla seçilən bədi ifadə vasitələrini çox səliqə ilə qruplaşdırmışdır. İnversiya, bədii sual, bəgii nida, bədii xitab, təkrirlər və onların növləri, təzadlar bədii təsvir vasitələrindən təcrid edilmiş bədii ifadənin ümdə adlı siyahısıdır. Bu fərqləndirmə həm də ona görə dəyərlidir ki, heç bir istifadəçi yol ayrıcında – tərəddüddə qalmır. Siyahı üzrə verdiyimiz adların özündə cəmləşdirdiyi mahiyyət də müəllif tərəfindən tam olaraq nümunələr əsasında şərhləndirilmiş, açılmışdır.
Kitabın “Əlavələr” bölməsi də bu sərhədlərin bir daha möhkəmlənməsinə, mövcud ola biləcək tərəddüdlü məqamların tam aydınlaşmasına, müəllifin istər bölmələr arasında, istərsə də ayrı-ayrı mövzular daxilində müqayisələrini bir daha dəqiqləşdirməyə, saflaşdırmağa xidmət edir.
Elxan müəllimin “Bədii təsvir və bədii ifadə vasitələri” kitabı bu sahədə hər bir ədəbiyyat müəllimini əlindən tutub qaranlıqdan işığa aparan yoldur.
Sima Cəfərova, filoloq, FADMM-in məsul katibi









