Köksündə gizlədirsən sehirli kəlmələri,
Yaşla dolu görürəm o duyğulu gözləri,
Sən sözə vurulmusan – dinir könül tellərin,
Sözü sevmək çətindir, bilirsənmi, gözəlim?
Söz deməkçün meydana girirsənmi, gözəlim?
Sözü söyləməkdənsə, sözü dinləmək çətin,
Eşitdiyin çox sözü duyub anlamaq çətin,
Hərzə söz söyləyəni tutub danlamaq çətin,
Kargüzarı şairdən seçirsənmi, gözəlim?
Saxtakardan, naşıdan qaçırsanmı, gözəlim?
Söylə, sənin söz eşqin bir əbədi duyğumu?
Gözlərini açınca dağılacaq yuxumu?
Qov könüldən nisgili, iztirabı, qorxunu –
Sənin haqdan nur alan çırağın var, gözəlim,
Ürəyinin qırxıncı otağı var, gözəlim.
İmarət Cəlilqızı






