İordaniyanın Əl-Kərək şəhərində pravoslav kilsəsinə törədilən terror aktında şübhəli bilinən üç nəfər saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili işlər nazirinin sözlərinə görə, yaxın vaxtlarda hadisədə əli olan bütün şəxslər məsuliyyətə cəlb ediləcək.
Qeyd edək ki, kilsəyə hücum nəticəsində 9 nəfər həlak olub, təxminən 30 nəfər yaralanıb.









