- Cəmiyyət

U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti qələbəsini qazanıb.

“Report”un məlumatına görə Famil Xəlilovun baş məşqçi olduğu komanda Andorra ilə üz-üzə gəlib.

Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığma bu gün növbəti matçını saat 19:30-da Avstraliya komandasına qarşı keçirəcək.

Xatırladaq ki, U-15 turnirdə keçirdiyi ilk matçda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib. Milli oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçiriləcək. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.