Yandıran kim, oğurlayan kim, dağıdan, döyən, öldürən kim! Qızışmış (qızışıyoruz) kütlə təhlükəli qüvvədir. Qazaxıstanda 100-dən artıq xalqın nümayəndəsi yaşayır: etnik ve etnoqrafik qrupların sayı çoxdur. Əgər qaragüruhun qarşısı alınmasaydı, mənim ailəm, həmvətənlərimiz və digər qonşu xalqların nümayəndələri, burda yaşayan hər kəsin başı təhlükəyə girə bilərdi! Qəzəbli kütlə real gücdür. Otən illərdə bir türk şirkətinə, sonra daha bir beynəlxalq şirkətə, sonra dunqanlara hücum olmuşdu. Döydülər, öldürdülər, dağıtdılar və bunu edənlər cəzasız qaldılar. Çünki bunların güc strukturları öz milləti haqsız olsa da, ona əl qaldırmır. Burda belə hadisələr olanda polis durub baxır və ya camaata qoşulur. Qorxurlar ki, sabah onun kimliyini araşdırıb cəzalandıracaqlar. Tayfa törəsi dövlət qanunundan güclüdür. Niyə? Çünki müstəmləkə olublar. Milli dövlət də özünü xalqı əzən mexanizm kimi aparanda ona etimad və sevgi yaranmır. Etibar olmur.
Tayfa strukturu, “juz” anlayışı isə güclüdü, işləkdir. Hər kəs bilir ki, hansı tayfadandır və yeddi arxa dönənini, nəsil-şəcərəsini tanıyır. Öz tayfasıyla, qohumlarla evlənmirlər. Onlara qardaş, bacı deyirlər. Bir də görürsən ki, qonşum deyir, qardaşımın yasıdır, bacımın yasıdır və ya toyudur. Soruşuruq ki, sənin axı bacı-qardaşın yoxdu, bunlar hardan çıxdı? Deyir ki, bizim tayfadan filankəsin qızıdır, filankəsin oğludur. qardaşımdı, bacımdı. Kənardan baxmaqla bu ölkəni tanıya bilməzsiniz. Buranın öz dədə-baba ulus adətləri var. Nə çar, nə sovet hökuməti tayfa töresini yıxa bilməyib. Milli dövlət quran partnomenklatura da insanlarda “öz dövlətim, mənim dövlətim” inamını yarada bilməyib. Etibar qazanmayıb.
Biz də, bütün gəlmələr də buralada dekorasiyayıq, içə girə bilmirik. Hətta yüz il də yaşayan xalq içə qəbul olumur. Dəyib toxunmazlar. Xeyirxahdırlar! Ədalətlidirllər! Dostcanlı və mərddirlər… Böyüklərə Ağsaqqallara tabe olurlar. İşləməyi, oxumağı da çoxları sevməz (Bu, ayrıca mövzudur). Dinə də çox meyl etməzlər. İslam bəzi bölgələrdə güclüdür. O da özünəməxsus bir tərzdədir, fərqlidir. Dağa, ağaca, heyvana, totemlərə inam hələ qalır. Əlamətlərə inanarlar. Birinin nəyinisə tərifləsən, üzünə qarşı “tfu-tfu” deyərlər ki, göz dəyməsin. Xəstəlikdən və s pis şeylərdən danışsan, “mənə pis enerji ötürmə” deyərlər. Şər ruhlara inanarlar. Ozlərini və ev-eşiklərini duzla yuyub pak edərlər. Yeni doğulmuş uşağı da çox qatı duzlu suda çimizdirirlər ki, dərisi təmiz olsun və “çox tərləməsin və tərindən iy gəlməsin”.
Tez-tez sədəqə verərlər. Başımın sadağası olsun deyə yağda xəmiri (lavas kimi) qızardıb kökələri yeddi evə paylarlar. Hər evə bir dənə. Artıq olmaz. Bu artıq pay sayılır, sadağa yox. 50 yaşda mütləq sadağa verməlisən ki, tez-tez xəstələnməyəsən. Evinə girərsənsə,sənə mutləq su və bir tikə çörək verərlər ki, ye! Bunun mənası böyükdür. Çörəyi basmazlar, tapdalamazlar! Kişi evdə olarkən evlərindən bıçaq istəsən, verməzlər ki, ailə başçısı ölər! Duz istəsən, verməzlər ki, evimin bərəkəti gedər. Evinə pul cəlb etmək niyyətilə bir neçə qonşudan pul alıb pul qabında saxlayarlar (özüm də bu ritualın qurbanı olmuşam, bilmədən). Aza qane olarlar.
Şəhərlərdə həyat qarma-qarışıqdır. Elə bilirsən ki, burda nizam yoxdur. Ancaq törə burda da işləyir. Xalqına hörmət etməyənləri oz aralarında tutmazlar. Əgər qara siyahıya düşdünsə, mutləq aradan götürüləcəksən.
Milli dovlət ilk əvvəl ən asağı təbəqəni dirçəltməliydi. Elm, bilik verməliydi, geniş və fərqli dünyagörüşü yaratmalıydı. Tayfa təəssübü çəkən deyil, ümummilli, dövlət və vətən təəssübü çəkən kadrlar yetisdirməliydi, önə çəkməliydi! (hamımız eyni gündəyik). Bir amansız imperiyanın caynağından çıxmış xalqlarıq. Heç tam da çıxmamışıq. Ov kimiyik çoxlarının tətiyində, talan siyasətində. Real müstəqillik və milli dovlətçilik təməli tam bərkiməyib. Bərkiməyə qoymurlar. Ancaq bu qədər zülmə sinə gərib oz törəsini, kökünü, genetik təməlini qorumağı bacaran bir xalq mutləq tam dircələcək.
Bu inkişaf bir ağaca bənzəyir. Baharda çiçəkləməlidir ki, payızda barını versin. Tələsib o ağacdan yayda bar gözləməyək. Payızda bar özü budaqlardan bərəkət kimi yağacaq. Əsas budur ki O AĞACI kəsilməyə qoymayaq! Qanımızla, canımızla, göz yaşımızla, alin tərimizlə suvarıb, iradəmizlə, biliyimizlə bərkidək! O ağac Vətənimizdir, dövlətimizdir, millətimizdir!