Azərbaycandan Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Ümrə ziyarətinə gedəcək növbəti qrupa daxil olmaq üçün 40-a qədər şəxs müraciət edib.
Hazırda Ümrə ziyarətlərinin təşkili üçün sənəd qəbulu davam edir.
Fevral ayı üçün Ümrə ziyarətlərinin ayın 17-də təşkil olunması nəzərdə tutulub.
Ümrə ziyarəti üçün qiymət təxminən 1440 dollar təşkil edir. Ziyarət yerlərinə yaxın və daha rahat hotellərin daxil edildiyi paketin qiyməti 1630 dollardır.