- Cəmiyyət, Manşet

Ramiz Mehdiyev AMEA Prezidenti postundan istefa verib

“Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib”.
Bu barədə APA-ya AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev məlumat verib.

O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub: “Ramiz Mehdiyev bildirib ki, sabah cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.
Ramiz Mehdiyev istefa ərizəsini təqdim edəndən sonra kollektivlə vidalaşıb.