Finlandiya parlamentində ölkənin NATO-ya daxil olması ilə bağlı irəli sürülən vətəndaş təşəbbüsünə baxılacaq.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
Qeyd olunub ki, təşəbbüsün parlamentə baxılması üçün tələb olunan 50 imza artıq toplanb.
Müəlliflərin fikrincə, NATO-ya üzvlük status-kvonu hüquqi cəhətdən gücləndirə və Finlandiyanın xarici təhlükələrə tab gətirmək qabiliyyətini xeyli artıra bilər.
Təşəbbüsün mətnində deyilir ki, NATO müqaviləsinin 5-ci maddəsi ilə təmin edilən müdafiə öhdəlikləri Finlandiyanın müdafiəsinə inamı əhəmiyyətli dərəcədə artıracaq və xarici güclərin hərbi-texniki müdaxiləsini bugünkündən daha riskli edəcək.
Təşəbbüs fevralın 21-də yaradılıb. Fevralın 26-sı saat 21:00-a olan məlumata görə, sənədə 50 570 imza toplanıb. Eyni zamanda, onların sayı artmaqda davam edir.