“Rusiya ordusunun bütün cəbhələrdə irəliləyişi dayandırılıb. Rusiya tərəfinin bu tendensiyanın qarşısını almağa gücü yoxdur”.
“Report” xəbər verir ki, bunları Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Arestoviç vurğulayıb ki, tərəflər yeni taktiki hərəkətlərə keçiblər. “Toqquşmalar davam edir, lakin biz daha yaxşı döyüşürük”, – o əlavə edib.
Prezident Ofisinin rəhbərinin sözlərinə görə, Rusiyada hərbçilərə qarşı təzyiqlər başlayıb. O, bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yoxlamaları nəticəsində ordudakı komandirlərə qarşı cəsarətsizlik və xarakter zəifliyi ittihamları irəli sürülür.
Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.