Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Valdimir Putin arasında telefon danışığı olacaq.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov liderlər arasında telefon danışığı olacağını təsdiqləyib.
“Bu gün Putinin bir neçə beynəlxalq telefon danışğı olacaq. Bizim Ankaradakı həmkarlarımız artıq Ərdoğanla danığın olacağını elan ediblər. Biz bunu təsdiqləyirik”, – o vurğulayıb.
Qeyd edək ki, ötən gün, martın 31-də R.T.Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışğı olub.