- Cəmiyyət

Moldovanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

Moldovanın Rusiyadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı kəskin etiraz edilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Yanvarın 10-da Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri L.Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı səfirə kəskin etiraz edilib. Qeyd olunub ki, Moldovanın analoji addımları davam edərsə, Rusiya tərəfi əlavə cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, rəsmi Moskva Moldova rəhbərliyinin hərəkətlərinə cavab olaraq bu ölkənin bəzi rəsmilərinin Rusiya ərazisinə girişini qadağan edib.