- Manşet, Mədəniyyət

Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunan Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans böyük uğurla başa çatıb. Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynov deyib. Akademik əminliklə ifadə edib ki, Bursa konfransında Nizami Gəncəvi irsi ilə bağlı qaldırılan məsələlər ətrafında görüləcək işlər səmərəli nəticələr verəcəkdir.

 63 Oxunub