Meksikanın şərq sahillərində yerləşən Verakrus ştatını cənginə alan “Qreys” tropik qasırğası yeddi nəfərin ölümünə səbəb olub.
“Report” xəbər verir ki, bu barədə “El Universal” qəzeti məlumat yayıb.
Belə ki, fərdi yaşayış evinin uçması nəticəsində bir ailənin altı üzvü ölüb. Yeddi yaşlı uşaq da anoloji hadisənin qurbanı olub. Bölgədə 20 -dən çox daşqın qeydə alınıb. Səlahiyyətlilər əhaliyə kömək etmək üçün hərbçiləri və polisləri səfərbər ediblər.
Qeyd olunub ki, dörd ştatda 565 mindən çox sakin işıqsız qalıb.