Amerikanın avtomobil istehsalçısı “General Motors” (GM) 73 min avtomobili geri çağırır.
Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.
Bunlar 2020 – 2022 model elektrikli avtomobillər “Chevrolet Bolt EV”, “EUV” və 2019-cu ildə istehsal edilən “Bolt EV” modelləridir.
Belə ki, avtomobillərin batareyalarında yanğına səbəb ola biləcək iki qüsur aşkarlanıb. Bu model elektrik avtomobillərin satışı da qeyri -müəyyən müddətə dayandırılacaq.
“GM” dəyən ziyanı batareya təchizatçısı “LG”dən geri istəyəcək. Şirkət dəymiş zərərin miqdarını 1 milyard ABŞ dolları dəyərində qiymətləndirib.