Bir gün çəkməçi ravvinin yanına gəlib soruşur:
– De görüm mən səhər duasını necə edim. Mənim müştərilərimin hamısı kasıb adamlardı. Onların ancaq bir cüt ayaqqabısı olur. Bəzən axşam ayaqqabıları təmirə götürüb səhərə hazır edirəm. Gecə işlədiyimə görə sübh tezdən dua edə bilmirəm. Axı adamlara səhər işə getməkçin hazır ayaqqabı lazımdır. Bəs səhər duasını necə edim?
– Bu vaxta qədər bəs necə dua etmisən?
– Bəzən duanı tez-tez oxuyub iş başına qayıdıram. Ancaq buna görə çox narahat oluram. Bəzən duanı etməyə imkan tapmıram. Belə olan halda içimdə hansısa itki hissi keçirirəm. Hər dəfə çəkici qaldıranda ürəyimdən səs gəlir: «mən necə də bəxtsizəm. Çünki səhər duasına vaxtım yoxdu»».
Ravvin deyir: «Əgər mən Allah olsaydım, sənin ürəyinin səsini duadan artıq qəbul edərdim».