- Pritça

Eyni cinsdən olan atlar

Bir gün varlı adam altı bahalı atın qoşulduğu faytonla gedirdi. Fayton bataqlığa düşür və nə etməklərinə baxmayaraq onu ordan çıxarmaq mümkün olmur. Bu dəm yaxınlıqdan iki atın qoşulduğu araba ilə kəndli kişi gedirdi və bataqlıqdan çox rahatça keçə bildi. Bunu görən maqnat çox təəccübləndi və kəndlidən soruşdu:

– Sənin atlarının gücü nədədir?
Kəndli cavab verdi:

– Sizin atlarınız ayrı-ayrılıqda güclü olsalarda da, ayrı cinslərdəndilər. Onların arasında heç bir bağlılıq yoxdur. Hər biri özünü daha yaxşı hesab edir və faytonu özü tərəfə çəkir. Birini vuranda o biri sevinir. Ancaq mənim atlarım sadədir, eyni cinsdəndilər. Birini vuran kimi o biri var gücünü sərf edir ki, yanındakına kömək etsin.