Noyabrın 21-i axşam saatlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 22-si saat 10:00-a olan faktiki hava şəraitinə əsasən, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə arabir qar yağıb.
Bəzi yerlərdə qərb küləyi güclənib. Küləyin maksimal sürəti Mingəçevirdə 21, Şahdağda 20, Goranboyda 19, Kəlbəcər və Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-yə çatıb.









