Tszin Cin-tszı şah üçün döyüş xoruzu yetişdirdi. On gün keçdi, şah soruşdu:
-Xoruz döyüşə hazlrdır?
-Hələ yox. Lovğa-lovğa gəzir, bəzən qəzəblənir – dedi Tszin Cin-tszı. On gün keçdi. Şah yenə həmin sualı verdi.
– Hələ yox – dedi Tszin Cin-tszı – kölgə görəndə, səs eşidəndə hücum edir.
Daha on gün keçdi, şah yenə həmin sualı verdi.
– Hələ yox. Qəzəblə baxır, gücünü göstərməyə cəhd edir.
Daha on gün keçdi, şah yenə həmin sualı verdi.
-Demək olar ki, hazırdır, – dedi bu dəfə Tszin Cin-tszı – hətta yanında başqa xoruz qışqıranda narahat olmur. Kənardan baxırsan, elə bil ağacdan yonulub. Onda həyat qüvvəsi ən yüksək həddə çatıb. Artıq başqa xoruzlar ondan çəkinirlər. Onu görəndə qaçırlar.