- Cəmiyyət, Manşet, Xəbərlər

ABŞ-da 79 yaşlı rahibə kilsə məktəbindən 835 min dollar oğurlayaraq kazinoda xərcləyib

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində 79 yaşlı rahibə kilsəyə məxsus məktəbdən 835 min dollar oğurlayaraq kazinoda xərcləyib.

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, təqaüddə olan rahibə Meri Marqaret Kriuper 28 il direktoru işlədiyi müddətdə qumar vərdişləri üçün Kaliforniya Katolik Məktəbinə edilən ödəniş və maaşlardan külli miqdarda pul mənimsəyib. O, mənimsədiyi pullardan kredit borclarını və böyük miqdarda olan kazino xərclərini ödədiyini etiraf edib.

Rahibəni 40 ilədək həbs cəzası gözləyir.