ABŞ ehtiyacı olan ölkələrə göndərmək məqsədi ilə 500 milyon doza koronavirus peyvəndi almaq üçün “Pfizer” şirkəti ilə danışıqlar aparır.
Modern.az-ın xəbərinə görə, bu barədə Bloomberg məlumat yayıb.
Qeyd olunub ki, Co Bayden administrasiyası ilə “BioNTech” şirkəti arasında müqavilə yaxın günlərdə imzalana bilər.
Koronavirus dozalarının COVAX beynəlxalq mexanizmi ilə paylanacağı gözlənilir.