- Cəmiyyət

ABŞ Estoniyaya HİMARS sistemləri satmağa razılıq verib

ABŞ Dövlət Departamenti Estoniyaya HİMARS yaylım atəşli reaktiv sistemləri (YARS) satmağa razılıq verib.

Müqavilənin ümumi dəyəri təxminən 1,5 milyard dollar təşkil edir.

Pentaqondakı mənbələrin məlumatına görə, YARS dəstinə 6 buraxılış qurğusu, sursat, yardımçı avadanlıq və ehtiyat hissələri daxildir.

Hazırda HİMARS Ukraynada geniş tətbiq edilir. Bu silahlar 300 kilometr məsafədki hədəfi məhvetmə qabiliyyətinə malikdir.

apa.az