- Mədəniyyət

Kukla Teatrında mövsümün təntənəli bağlanış mərasimi keçirilib

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında cari mövsümün, teatrın 90-cı mövsümünün təntənəli bağlanış və “Teatrın dostu” nominasiyası üzrə mükafatlandırma mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Kukla Teatrının 90-cı teatr mövsümünü də uğurla başa vurmasından danışan teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bu mövsümdə də olan uğurlu işlərdən və teatrın qastrol səfərlərindən, eləcə də beynəlxalq festivallarda çıxışlarından danışıb.

Daha sonra “Teatrın dostu” nominasiyası üzrə teatrın seçilən əməkdaşları ilə yanaşı mövsüm ərzində Kukla Teatrı ilə davamlı əməkdaşlıq edən bəzi mətbuat nümayəndələri də mükafatlarla təltif olunublar.

Tədbir bədii hissə ilə davam edib.