- Mədəniyyət

Filarmoniyada kamera musiqisi axşamı

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsertdə Azərbaycan Dövlət Simli Kvartetinin üzvləri – Nəzrin Aslanlı (violin), Xəyalə Abdullayeva (violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltix (violonçel) çıxış ediblər.

Konsert proqramında Feliks Mendelsonun 6 nömrəli f-moll simli kvarteti (op. 80) və Aleksandr Borodinin 1 nömrəli A-dur simli kvarteti səsləndirilib.