- Cəmiyyət, Manşet

ABŞ Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi verməyə hazırlaşır

ABŞ Prezidenti Cozef Bayden administrasiyası Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi verməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin mənbələrinin məlumatına görə, paketə uzaqmənzilli silahlar üçün döyüş sursatları, həmçinin zirehli tibbi nəqliyyat daxildir.

Qeyd edilir ki, yardım paketinin tərkibi və əhatə dairəsi ilə bağlı detallar Prezident tərəfindən yekun təsdiq edilənə qədər dəyişə bilər.