İsrail və ABŞ silahlı qüvvələri qarşıdakı aylarda baş tutacaq birgə təlimlər zamanı İranın nüvə obyektlərinə hava zərbələri endirməyi məşq edəcəklər.
“Report” xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.
Təlimlər zamanı İsrail ordusunun bir neçə istiqamətdə raket hücumlarına hazırlaşacağı da bildirilir. Təlim üçün ABŞ ordusu İsrailə çoxlu sayda “Patriot” yer-hava raket batareyaları, eləcə də digər sistemlər göndərəcək.
İsrail ordusunun nümayəndəsi qarşıdan gələn hərbi təlimlərlə bağlı məlumat verməsə də, yalnız ölkəsinin ABŞ-la mütəmadi olaraq birgə təlimlər keçirdiyini bildirib.