- Cəmiyyət

Ukrayna ilk “Abrams” tanklarını sentyabrda alacaq

Ukrayna sentyabrın ortalarında Amerikanın 10 “Abrams” tankını alacaq.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Ukraynanın bir qrup hərbçisi Amerikanın “M1 Abrams” tanklarında təlim proqramını başa vurub. Ümumilikdə 200-ə yaxın hərbçi ABŞ ordusunun Almaniyadakı poliqonlarında təlim keçib.

Bildirilir ki, “Abrams” tanklarının gəlişi Ukrayna Silahlı Qüvvələrinə əks-hücumda Rusiyanın müdafiə xətlərini yarmaq üçün lazım olan üstünlüyü verəcək.

Məlumata görə, on tank hazırda son təmir üçün Almaniyadadır.

Ümumilikdə ABŞ 31 “Abrams” tankını Ukraynaya təhvil verəcəyini vəd edib.