Abşeron rayonunda şagird sıxlığının aradan qaldırılması üçün 8 yeni orta məktəb binasının, 14 əlavə tədris korpusunun tikintisi planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən Abşeronda bir neçə əraziyə baxış keçirilib:
“Sarayda 1 və 3 saylı, Qobuda 3 saylı, Ceyranbatanda 2 saylı orta məktəbdə əlavə tədris korpusu tikiləcək.
Ehtiyac nəzərə alınaraq, həmin ərazilərdə növbəti illərdə yeni məktəb binaları da tikiləcək. Artıq Xırdalan şəhərində 1, Masazır qəsəbəsində 2 məktəb binasının inşasına başlanılıb. Saray qəsəbəsində 1 yeni məktəb binası tikilir, 2 saylı tam orta məktəbin binası isə yenilənir”.