- Cəmiyyət

Ağ Evin rəsmisi: “Priqojinin təyyarə qəzasında öldüyünə getdikcə daha çox əmin oluruq”

“Biz Priqojinin təyyarə qəzasında öldüyünə getdikcə daha çox əmin oluruq”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karine Jan-Pyer “Vaqner” özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasında ölümü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Sözçü əlavə edib ki, Priqojinin şəxsi təyyarəsinin keçən həftə Moskva yaxınlığında qəzaya uğraması nəticəsində onun həlak olduğuna dair faktlar onun ölümünü təsdiq edir.

Xatırladaq ki, Rusiya rəsmilərinin məlumatına görə, Priqojin Moskvadan Sankt-Peterburqa yola düşmüş “Embraer” şəxsi biznes təyyarəsinin qəzaya uğraması nəticəsində ölən 10 nəfərdən biri olub. Priqojinin şəxsi təyyarəsi avqustun 23-də Moskvanın şimal-qərbində yerə düşüb.