- Maraqlı

Almaniyada gündə 200 dəfə banlayan xoruzun sahibi məhkəməyə verilib

Almaniyada gündə təxminən 200 dəfə banlayan “Maqda” adlı xoruzun sahibi məhkəməyə verilib.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Qeyd olunub ki, qonşular xoruzun səhər saat 8-dən gündə 200 dəfə banlamasının “işgəncə” kimi olduğunu bildiriblər.

Məlumata görə, “Maqda”nın sahibi 50 yaşlı Maykl toyuq saxladığı üçün xoruza ehtiyacı olduğunu söyləyərək özünü müdafiə edib: “Toyuqların xoruza ehtiyacı var. Yoxsa onlar bir-birlərini yolarlar”

Maykl 2018-ci ildə bağçasındakı yumurtaları toplamaq üçün 5 cücə aldığını, ancaq onlardan birinin xoruz olduğunu bildirib.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova