Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Qazaxıstanda baş verən hadisələrlə bağlı Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlətə məktub ünvanlayıb.
525.az xəbər verir ki, məktubda deyilir:
“Dost və qardaş Qazaxıstandan gələn xəbərlər hamımızı sarsıdır və ağrılıdır. 2022-ci ilin ilk günlərindən Qazaxıstanda sabitliyin pozulması, iğtişaşlar, vətəndaş qarşıdurması, qan tökülməsi təəssüf doğurur. Bu hadisələrdə insanların həlak olması böyük itkidir və bizi hədsiz kədərləndirir. Tezliklə sabitliyin bərqərar olunmasını, bu ağrı-acıların arxada qalmasını arzulayır, Qazax xalqına xoşbəxt gələcək diləyirik”.