- Cəmiyyət, Xəbərlər

“Aprel savaşı-Böyük zəfərin müqəddiməsi” mövzusunda videokonfrans keçirilib

Aprelin 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər və Astara Rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə “Aprel savaşı-Böyük zəfərin müqəddiməsi” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda təşkilatçı qurumların kollektivləri, Şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak edib.
Tədbir şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.
Çıxışlar zamanı 2016-cı ilin aprel ayında və 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan ordusunun müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində parlaq qələbə qazanaraq torpaqlarımızın geri alındığı qeyd edilib. Bu qələbələrin Şəhidlərimizin qanı və qazilərimizin igidliyi hesabına əldə edildiyi vurğulanıb. Natiqlər, Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu diqqətə çatdırıblar.

02030405507